Ərdoğan: “Sülh və əmin-amanlıq gətirəcəyik” - TÜRKİYƏ TERRORÇULARA QARŞI SAVAŞA BAŞLADI!

 

Şəffaflıq.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan öz “Tvitter” şəbəkəsindəki səhifəsində yazıb: “Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Sülh Bulağı” əməliyyatına başlamışdır”.

Türk Silahlı Qüvvələri ilə birlikdə Suriyanın müxalif döyüşçülərindən ibarət Milli Ordusu da terrorçularla döyüşəcəkdir.

Ərdoğan yazıb: “Məqsədimiz cənub sərhədimizdə yaradılmağa çalışdıqları terror dəhlizini yox eləmək və bölgəyə sülh və əmin-amanlıq gətirməkdir. Sülh Bulağı Əməliyyatı ilə ölkəmizə qarşı terror təhdidini dəf edəcəyik. Yaradacağımız təhlükəsiz bölgə sayəsində suriyalı qaçqınların ölkələrinə qayıdışını təmin edəcəyik. Suriyanın ərazi bütövlüyünü qoruayacaq, bütün bölgə xalqını terrorun pəncəsindən qurtaracağıq. Sülh Bulağı Əməliyyatından xidmət edən qərhəman Mehemetciklərimizin hər birini alınlarından öpür, onlara və bu əməliyyatda Türkiyə ilə birlikdə olan bütün yerli ünsürlərə müvəffəqiyyətlər diləyirəm. Allah yar ve yardımcımız olsun."шаблоны для dle 11.2


Facebook-da paylaş