Ermənistanda atışma: 3 ölü, 6 yaralı - polis Vanadzor şəhərini nəzarətə aldı

 

Kriminalların at oynatdığı Ermənistanda növbəti dəfə silahlar işə düşüb. Ötən gecə Vanadzor şəhərində silahlı insident qeydə alınıb.

Şəffaflıq.az musavat.com-a istinadən xəbər verir ki, Miçurin küçəsindəki həyət evlərindən atəş səsləri eşidilib. Həkimlər və hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən güllə yarası almış iki kişinin meyidini aşkarlayıblar. Ölənlərin arasında bundan əvvəl ölüm işinə görə mühakimə edilmiş “Andruşik” ləqəbli kriminal avtoritetin də olduğu bildirilir. Məlumatda deyilir ki, şəhərin tibb mərkəzinə güllə yarası almış 7 nəfər gətirilib. Onlardan biri xəstəxanada keçinib.

Polis kriminal keçmişə malik ev sahibini saxlayıb. Həmçinin digər şübhəlilər də nəzarət altına alınıb. Polis evdən güllə gilizləri tapıb. Hazırda Vanadzorda polis gücləndirilmiş iş rejiminə keçib. Xəstəxanadakı yaralılar və digər yerlər növbəti insidentin qarşısını almaqdan ötrü nəzarətə götürülüb.

Ermənilərin Vanadzor adlandırdığı tarixi Azərbaycan ərazisi olan Böyük Qarakilsə İrəvan və Gümrüdən sonra Ermənistanın üçüncü böyük şəhəridir. Burada 100 mindən artıq əhali yaşayır.шаблоны для dle 11.2


Facebook-da paylaş