Ermənistanın sabiq müdafiə nazirinə cinayət işi açıldı

 

Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb.

Bu barədə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir. İstintaq materiallarına görə, ötən ilin yanvarında Yerevanın Açapnyak rayonunda çoxmərtəbəli binada mənzillər paylanarkən bu işlə Müdafiə Nazirliyinin mərkəzi mənzil komissiyası məşğul olmalı imiş. Ancaq Sarkisyan 71 mənzildən 29-nu şəxsən özü bölüşdürüb. Nəticədə evə ehtyacı olan bir neçə zabit ailəsi mənzilsiz qalıb.

İş xüsusi istintaq xidmətinə verilib.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}