Şamaxıda İqtisadçıların Yay Düşərgəsinin açılışı olub.

 Sentyabrın 6-da Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxıda İqtisadçıların Yay Düşərgəsinin açılışı olub.
Şəffaflıq.az xəbər verir ki, Gənc Mühasiblər İctimai Birliyinin rəhbəri Solmaz Əliyeva təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.
Bildirib ki, yay düşərgəsinin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.
Vergilər Nazirliyinin Təlim Tədris Mərkəzinin əməkdaşı Azər Mustafayev vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı təqdimatla çıxış edib.
Sonra iştirakçılar üçün təlimlərə başlanılıb. Təlimlər ilk olaraq ölkənin iqtisadi sahədə peşəkar ekspertləri - Ruslan Atakişiyev, Firudin Sultanov, Elsevər İbadov tərəfindən aparılır.
Yay düşərgəsi sentyabrın 8-dək davam edəcək. Sonda iştirakçılara sertifikatlar veriləcək.AZƏRTAC
шаблоны для dle 11.2


Facebook-da paylaş