S-400 komplekslərinin ikinci partiyası Türkiyəyə sabah təhvil veriləcək


 


Şəffaflıq.az xəbər verir ki, S-400 zenit-raket komplekslərinin ikinci batareyasının hissələri avqustun 27-dən etibarən Rusiyadan Türkiyəyə göndərilməyə başlanacaq.

Bu barədə açıqlamanı Türkiyənin milli müdafiə naziri Hulusi Akar verib. Akar Suriyada təhlükəsizlik zonasının formalaşması ilə bağlı addımların atıldığını da diqqətə çatdırıb.
Türkiyə və ABŞ hərbçiləri qısa müddət ərzində Suriyanın şərqində birgə patrul xidmətinə başlayacaqlar. Nazirin sözlərinə görə, bu sahədə işlər davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}