Türkiyədə HƏYƏCAN TƏBİLİ - Yanğın evlərə keçdi (FOTO)

 Türkiyənin Balıkesir vilayətinin Mərmərə mahalında meşə ərazisində yanğın başlayıb.
Şəffaflıq.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bələdiyyə başçısı Süleyman Aksoy yanğının söndürülməsinə güclü küləyin maneə olduğunu bildirib.
O, yanğının təxliyyə edilən bəzi evlərə keçdiyini söyləyib.
"Əlimiz-qolumuz bağlıdır, yanğın evlərə çatdı", - bələdiyyə başçısı deyib.
Son məlumatlara görə, yanğının söndürülməsinə helikopterlər cəlb olunub. Hazırda yanğının bir neçə nöqtədə davam etdiyi bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}