Gürcüstanda benzin bahalaşdı

 

İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.

Şəffaflıq.az apa-ya istinadən xəbər verir ki, bahalaşma bu ölkədə fəaliyyət göstərən "SOCAR Georgia" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.
Hazırda ölkə ərazisində 1 litr benzinə olan qiymət 2,53-2,59 lari arasında dəyişir. Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}