“Şamaxı Gənclər Paytaxtı-2019” seçilməsi ilə əlaqədar Simvolik açarın təqdim olunması ilə bağlı hazırlanmış videoçarx iştirtakçılara təqdim olunub._FOTOLAR\VİDEO YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-illər” Dövlət Proqramının icrası çərçivəsində hər il respublikada onlayn sistemi üzrə “Gənclər Paytaxtı” müsabiqəsi keçirilir.
 Bu il Şamaxı rayonu respublikanın 22 şəhər və rayonları arasında 30,1 faiz səs çoxluğu ilə qalib gələrək 2019-cu ilin “Gənclər Paytaxtı” seçilmişdir. Bununla əlaqədar olaraq, rayonda görüləcək işlərlə bağlı Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər-Planına uyğun olaraq rayonda müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, Şamaxı “Gənclər Paytaxtı-2019” seçilməsi ilə bağlı rayonun ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, ümumtəhsil tam orta məktəblərinin şagirdləri arasında müxtəlif intellektual oyunlar, rəsm və foto müsabiqələri, konsert proqramları, idman yarışları və digər tədbirlər keçirilmişdir. Həmçinin bununla  bağlı rayonun müxtəlif yerlərində 200 nəfərdən artıq gənclərin iştirakı ilə videoçəkilişlər aparılmışdır.
Bu videoçarxın təqdimatı 03 iyul 2019-cu il tarixində saat 11:00-da Şamaxı rayon Heydər Əliyev Mərkəzində rayonda fəaliyyət gostərən media qurumları, mətbuat xidmətlərinin nümayəndələri, idarə və təşkilatlarda çalışan rayonun 50 yaxın fəal gənclərinin iştirakı ilə keçirilib.

 Tədbirdə həmçinin Şamaxı Rayon İcra Hakimiyyətinin məsul işçisi Babaqədir Qədirov, rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov, “Şəffaflıq” Müstəqil ictimai-siyasi–hüquq qəzetinin baş redaktoru Vahid İsmayılov, Oxu.az və Baku tv-nin  müxbiri Rəşad Aydın ARB tv kanalının müxbiri Cavanşir Seyfəddinoğlu və  Qarabağ Veteranları Cəmiyyətinin sədri Fuad Səmiyev də iştirak etmişdir.
Tədbiri Şamaxı RİH-ti aparatının işçisi Babaqədir Qədirov açıq elan etdikdən sonra, Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov rayonumuzun “Gənclər Paytaxtı” seçilməsi ilə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Sonra isə dəyirmi masa arxasında iştirakçı gənclər arasında müzakirələr aparılmış, təkliflər irəli sürülmüş və problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir.Müzakirələr bitdikdən sonra “Şamaxı Gənclər Paytaxtı-2019” seçilməsi ilə əlaqədar Simvolik açarın rayonumuza təqdim olunması ilə bağlı hazırlanmış videoçarx iştirtakçılara təqdim olunub.

Tədbirin Sonunda görüş iştirakçıları xatirə şəkilləri çəkdirirblər.Şamaxı
Vahid İsmayılov
Şəffaflıq.az

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}