Göyçayda "Şəhərimizi təmiz saxlayaq" adlı maarifləndirici sosial aksiya keçirilib._FOTO

Park, xiyaban və bağçaların ərazilərinin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur.
 Belə ki, parklarda təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, yollar, səkilər ətraf mühitin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.
Şəffaflıq.azın bölgə müxbirinin verdiyi məlumata görə, Yay mövsümündə sakinlərin asudə vaxtının səmərəli keçirilməsi üçün Göyçay rayonunda o cümlədən şəhərin park, xiyaban və bağçalarında lazımi şərait yaradılıb. Parkın yüksək səviyyədə işıqlandırılması, fəvvarələrin maraqlı və rəngarəng çalarlarla nümayiş olunması, yaşıllıq zolağının, gül və ağac kollarının sulanması və qulluğu göz oxşayır.
 Göyçay rayon İcra Hakimiyyəti Başçısı cənab Mehdi Səlizmadənin tapşırığı ilə şəhərdə tez-tez iməcliklərin təşkil olunması sakinlərin və rayona gələn qonaqların razılığı ilə qarşılanır.Bu günlərdə Göyçay Gənclər Mərkəzinin "Şəhərimizi təmiz saxlayaq" adlı maarifləndirici sosial aksiyasına Göyçay Dövlət İdarəetmə Texnologiya kolleci, Göyçay Peşə liseyinin və rayon İdman və Gənclər idarəsinin qoşulması və yüzlərlə gəncin iştirakı ilə sosial aksiya keçirilib.
Qeyd edək ki, şəhərin Heydər Əliyev prospektində "Şəhərimizi təmiz saxlayaq" adlı maarifləndirici sosial aksiyada Heydər parkında bəzi məişət tullantılarının xüsusilə plastik kütlələrdən hazırlanmış qablaşdırıcılar (plastik qablar, butulka,polietilen,torbalar və s.) ətraf mühitin çox ciddi çirklənməsinin qarşısının alınması məqsədi ilə keçirilir.Aksiya iştirakçıları Heydər parkında tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda insanları ətrafı zibilləməməyə çağırmaq olmuşdur.Bu mövzuda Göyçay Gənclər Mərkəzi tərəfindən hazırlanmış bukletlər, şüarlar və vərəqlər sakinlərə paylanmışdır. Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunmuş və topladıqları tullantıları çeşidləyərək lazımi yerlərə toplamışdırlar. Bildirək ki, şəhər icra nümayəndiliyi, Sanitar Təmizlik, Mənzil Kommunal Təsərrüfatı Birliyi və Yaşıllaşdırma idarələri tərəfindən hər gün şəhərin təmizlənməsi, abadlıq və quruculuq işləri aparılır. Bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə palivonlara təhvil verilir.Bu kimi maarifləndirci aksiyalar mütəmadi olaraq həyata keçirilir.Sonda aksiya iştirakçıları hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırdılar.

Davud Tarverdiyev
  Göyçay.
Şəffaflıq.az
шаблоны для dle 11.2


Facebook-da paylaş