Sabir Əhmədov adına Şamaxı rayon Əngəxaran kənd tam orta məktəbində, Könül müəllimənin təşkilatçılığı ilə "İmadəddin Nəsimi"nin 650 illik yubileyinə həsr olunmuş "Ədəbiyyat gecəsi" keçirilmişdir._FOTO

22 may 2019-cu il tarixdə Sabir Əhmədov adına Şamaxı rayon Əngəxaran kənd tam orta  məktəbində, Könül müəllimənin təşkilatçılığı ilə "İmadəddin Nəsimi"nin 650 illik yubileyinə həsr olunmuş "Ədəbiyyat gecəsi"  keçirilmişdir. 
 Şəffaflıq.az bildirir ki tədbirdə rayon təhsil şöbəsinin məsul işçiləri, müəllimlər və dəvət olunmuş digər qonaqlar da iştirak ediblər.
Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə Nəsimi yaradıcılığı haqqında geniş məlumatlar verilib.Çıxışlarda şairin fəlsəfi dünyagörüşü,dünya həqiqətləri haqqındakı idraki düşüncələri , inanılmaz mənəvi zənginliyi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Şagirdlərimiz Nəsimi yaradıcılığına aid şeirlər söyləyərək ədəbi bədii kompozisiyalar nümayiş etdiriblər. 
Sonda tədbirin ən fəal iştirakçıları diplom və fəxri fərmanlarla mükafatlandırılıblar...
Dəyanət İsmayılov
Şəffaflıq.az











 
шаблоны для dle 11.2


Facebook-da paylaş