Dmitri Medvedev Paşinyanı BELƏ ƏLƏ SALDI.

 Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistanın Baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etika çərçivəsindən kənara çıxan kuryoz hadisə İrəvanda baş verib.
“Əgər heç bir sual yoxdursa, dostlar, biz artıq keçə bilərik...” – Paşinyan Medvedevin üzünə baxaraq pauza götürüb.
Cavab olaraq Dmitri Medvedev gözlənilmədən “yox” deyir və sonra “Bəs hara keçək”, deyə soruşub.
“Bizim imzalanma proseduruna görə... imzalamaya keçək artıq”, – deyən Paşinyan hansı axmaq vəziyyətə düşdüyünü anlayıb.
Şəffaflıq.az Teleqraf.com-a istinadən xəbər verir ki, bütün bu müddət ərzində Rusiya nümayəndə heyəti istehzalı gülüşünü çətinliklə saxlaya bilib. Sonda Dmitri Medvedevin gülməkdən özünü saxlaya bilməməsi bütün nümayəndə heyətinə təsir edib və hamı gülməyə başlayıb.шаблоны для dle 11.2


Facebook-da paylaş