Şamaxıdan işsiz qalan alim Prezidentə müraciət etdi. VİDEO-MÜRACİƏT

 Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmlər doktoru üzrə 5-ci kurs doktorantı, fizika üzrə fəlsəfə doktoru, dosent Məhərrəmov Yanoş Mahmud oğlunun ölkə rəhbərliyinə müraciəti

Yanoş Məhərrəmov 2018-ci ildən indiyədək işsizdir. Buna görə də işsizlikdən şikayətlənir. Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bir çoxları kimi onu da işdən azad edib karyerasını məhv etməyə çalışır. Şikayətçi bütün ali dövlət orqanlarına 100-dən çox şikayət ərizəsi yazsa da indiyədək baxan olmamışdır. Şikayətçi bildirir ki, bunun səbəbi çox sadədir. Belə ki, Namiq Cəlilov Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin yeznəsidir. Odur ki, bütün vəzifəli şəxslərin hamısı Namiq Cəlilovun qaynı Ramiz Rzayevdən qorxduqlarına görə bu iş öz ədalətli həllini tapa bilmir. Sonuncu dəfə Namiq Cəlilovun öz yazılı xahişi ilə “Şəffaflıq” qəzetinin rəhbərliyi ilə bu barədə görüşmək istəməsi, lakin sonda bundan imtina etməsi bizim üçün də onun qeyri-ciddi bir şəxs olduğunu göstərmiş oldu.
Beləliklə, ŞAR-ın direktoru Namiq Cəlilovun alimə qarşı törətdiyi bütün haqsızlıqları, iftiraları, şər-böhtanları faktlarla, sənədlərlə araşdırdıqdan sonra Yanoş Məhərrəmovun ölkə rəhbərliyinə video-müaricətini efirə verməyi lazım bildik.

Mövzu diqqətimizdə saxlanılacaq.
Daha ətraflı gələn saylarımızda.

Şamaxı.
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş