Hacı İsmayıl Manafov: Xalqına, millətinə, dövlətinə böyük sevgi bəsləyən ziyalı.- FOTO

Bildiyimiz kimi hər bir insan həyatda öz taleyini yaşayır. Kimisi gördüyü işlərlə, əməli ilə xalqının, ən azından ətrafındakıların rəğbətini qazanır, kimi də... Zaman isə hər bir şəxsə öz qiymətini verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insandır ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə insanlarda xoş təəssürat yaradır, onların sevgisini qazanır, sədaqətli dostluğu ilə, öz sahəsində peşəkarlığı ilə seçilir və gənclərlə peşəsinin sirlərini səmimiyyətlə paylaşır, xalqına, millətinə, dövlətinə böyük sevgi bəsləyir. 
Şamaxı rayonundan Tanınmış  Ziyalı Hacı İsmayıl Manafov da məhz belə bir insandır.
Onu daha yaxından tanıyaq:

Manafov Ismayıl Ağaismayıl oğlu 19 aprel 1953-ci il Şamaxı rayonunun Birinci Çaylı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
 O,1960-1968-cı ildə Çaylı kənd səkkizillik məktəbini əla qiymətlərlə bitirıb.
1968-ci ildə Göylər kənd orta məktəbinə daxil olub və 1970-ci ildə həmin məktəbi bitirib.
1970-1971- ci illərdə Xaqani adına üzümçülük sovxozunda fəhlə işləyib.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakultəsinin qiyabi şöbəsinə daxil olub və 1980- ci ildə universiteti bitirərək ali təhsilli kiçik elmi işçi və ya coğrafiya müəllimi ixtisasına yiyələnmişdir
1971-1972- ci illərdə Çaylı kənd orta məktəbində pioneer baş dəstə rəhbəri işləyib.
1972-1974-ci illərdə Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olub.
1974-1976-cı illərdə Çaylı kənd orta məktəbində laborant,
1976-1986-cı illərdə Çaylı kənd orta məktəbində coğrafiya müəllimi,
1986-1993-cü illərdə Çaylı kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini,
1993-1994-ci illərdə Çaylı kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində işləyib.
1994-1997-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir.
1997-2012-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı
 aparatının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri,(14.08.2012. bu vəzifənin adı dəyişdirilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi adlanıb) 2012-2016-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsində baş məsləhətçi, 2016-cı ildən hal-hazıra kimi Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsində işləmiş, 

01 avqust 2019-cu il tarixdən isə dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır
2005-2012-ci illərdə RİH başcısı yanında Şuranın üzvü olub.
O,1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2007-ci ildən isə YAP-ın Şamaxı rayon təşkilat Şurasının üzvü olmuşdur. 2017-ci ildən isə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.
Əmək fəaliyyəti dövründə 1987-1992-ci illərdə Göylər və Çaylı kənd XDS-nin deputatı olmuş,1985-ci ildə “Metodist müəllim” adına layiq gorülmüş,1992-ci ildərespublika coğrafiya müəllimləri arasında keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
1998- ci ildə Ümummilli lider Heydər Əliyevin razılığı ilə Səudiyyə Ərəbistanının mərhum kralı “İki müqəddəs şəhərin-Məkkə və Mədinənin xadimi” Fəhd Əbdül Əziz İbn Əl-Səudin dəvəti ilə həcc ziyarətində olmuşdur.
2003-ci ildən birinci dərəcəli Dövlət qulluqçusudur.
Hacı İsmayıl Manafov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyun 2011-ci ilin tarixli sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

 
Hazırda Şamaxı şəhərində yaşayır. Ailəlidir, üç övladı, on nəvəsi və bir nəticəsi vardır.
Dəyərli ziyalımıza uzun ömür sağlam can sağlığı arzulayıq, 

Baş Redaktor: Vahid İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}