Bu Gün Şamaxı THT Liseyində -DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İLƏ HƏRS OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

 
 Bu gün Şamaxı şəhər THT liseyində Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə  tədbir keçirmişdir.
 Tədbirdə şamaxı ictimaiyyəti ilə bərabər il ərzində fərqlənmiş müəllim və şagirdlər iştirak etmişdir.Tədbirdə liseyin məzunlarından tanınmış Mətbuat işçiləri Vahid İsmayılov və Rəşaf Aydında fəxri qonaqlar sırasında idi.
 Tədbiri liseyin direktoru Günel xanım Əsgərova açıq elan edib, il ərzində fərqlənmiş müəllim və şagirdləri diplom və qiymətli hədiyyələrlə təltif etmişdir. Tədbirdə liseyin 20-yə yaxın özfəaliyyət dərnəyinin şagirdləri iştirak etmişdir. Tədbir dövlət himni ilə başlanmışdır. Tədbir müxtəlif səhnəciklərlə , rəqslərlə müşahidə olunmuşdur. Maraqlısı budur ki, tədbiri bədən tərbiyəsi müəllimləri Əliməhəmməd və Alxas müəllim təşkil etmişlər.

 



 
Ən maraqlısıda o oldı ki, tədbir başlayarkən Şamaxı şəhərində ilk qar yağmağa başladı məktəbin şagirdləri qar sevincinidə yaşadılar.
 Vahid Ismayılov.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}