Lenindən tutmuş Brejnevə qədər SSRİ-də mühüm vəzifələrdə çalışmış "qaranlıq adam"...

  Anastas Mikoyan kimdir?
Moderator.az ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının erməni kommunist, hiyləgər siyasətçi Anastas Mikoyan haqqında Türkiyə türkcəsində qələmə aldığı "Anastas Mikoyan: Bolşevik erməninin etirafları" kitabının Azərbaycan dilinə tərcüməsinin ikinci hissəsini təqdim edir. 
Əvvəlini buradan oxuya bilərsiniz: http://www.moderator.az/news/281205.html
Qısa tərcümeyi-halını danışsaq, Anastas İvanoviç Mikoyan (25 noyabr 1895 - 21 oktyabr 1978) Stalin və Xruşşov illərində keçmiş bolşevik və partiya səlahiyyətlisi olub. Uzun illər nazir, Baş Nazir və başqa vəzifələrdə çalışıb. Sovet dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1943) olub.
Mikoyan hazırda Ermənistan sərhədləri içində olan Allahverdinin erməni kəndi Sanahində anadan olub. Könüllü olaraq Birinci dünya müharibəsinə qoşulub. Osmanlı dövlətinə qarşı vuruşan erməni könüllülər birliyinin tərkibində yer alıb. İyirmi yaşında ikən, 1915-ci ildə bolşevik partiyasına üzv olub və bir müddət sonra Qafqazdakı inqilabi hərəkatın liderlərinı çevrilib. 1917-ci il fevral inqilabının ardından Eçmiadzin sovetini təşkil edib, sonra Tbilisidə  və Bakıda təbliğatçı kimi çalışıb, Tbilisi Partiya Komitəsinə üzv olaraq qatılıb. 1917-ci ilin oktyabrında Birinci Qafqaz Bolşevik Təşkilatları Qurultayında nümayəndə kimi iştirak edib. Sonra bolşeviklərin Bakı komitəsi rəyasət heyətinin üzv olub. Ermənicə yayımlanan "Sosial-Demokrat" qəzetinin və daha sonra da rus dilində nəşr olunan "İzvestiya Bakinskoqo Soveta" qəzetinin redaktoru olub. 1918-ci ildə Bakıda gərgin fəaliyyət göstərib. 1918-ci ildə Bakıda ingilis qoşunları tərəfindən həbs edilib. Sərbəst buraxıldıqdan sonra partiyadakı işinə davam edib və yüksəlməyə başlayıb. 
1919-cu ildə Qafqaz bölgə komitəsi üzvlüyünə gətirilib, Moskvayla münasibətləri bərpa edib. 1919-cu ilin oktyabrında Qafqaz bölgə komitəsinin tapşırığı ilə Denikin cəbhəsini keçərək Moskvaya gəlib və Leninlə görüşüb. Bu dövrdə Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və Təşkilatlanma Bürosunun Bakı və Transqafqazdakı təşkilatlanmasına dair qərarların alındığı toplantılara qatılıb. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyətinin qurulması dövründə Bakıda olub, rəhbər vəzifələrdə çalışıb.  1920-ci ilin oktyabrından etibarən Nijni Novqorodda fəaliyyət göstərib.

Leninin ölümündən sonrakı güc mübarizəsində Stalini dəstəkləyib və 1923-cü ildə Mərkəz Komitəyə təyin edilib. 1926-cı ildə daxili və xarici ticarət üzrə xalq komissarı olmağa davam edib və Qərbdən konserv məhsullarının emalı kimi  idxal tövsiyyələri alıb. 1924-1926-ci illər arasında şimali Qafqaz bölgə komitəsinin katibi vəzifəsində çalışıb və şimali Qafqaz hərbi bölgəsində inqilabçı əsgər şurasının üzvü olaraq çalışıb. 1926-30-cu illərdə SSRİ xarici və daxili ticarət xalq komissarı (naziri) olub. 1930-34-cu illərdə tamamlama xalq komissarı vəzifəsində işləyib. 1935-ci ildə Siyasi Büroya seçilib və II dünya müharibəsi zamanı mal daşınmasını təşkil etməklə məşğul olub. 1942-ci ildə Dövlət Müdafiə Komissiyasında, 1946-cı ildə isə Nazirlər Kabinetində icraçı direktor olub. 1946-55-ci illərdə SSRİ Nazirlər Sovetinin sədr müavini, 1955-64-ci illərdə də birinci sədr müavini olub. Bu vəzifələrindən başqa, SSRİ xarici ticarət naziri və SSRİ ticarət naziri olub. 1964-65-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub. Partiyanın Mərkəzi Komitəsindən Siyasi Bürosuna qədər bir çox yüksək səviyyəli partiya orqanında üzv olub.

Stalinin ölümündən sonra Malenkovun hökumətində ticarət naziri olaraq vəzifədə qalıb. Stalindən sonra Xruşşovu dəstəkləyib və xidmətlərinə görə Sovet İttifaqı Baş Nazirinin müavini seçilib. Ancaq 1956-cı ildə Xruşşovun Macar böhranını həll edə bilmədiyinə görə səlahiyyətini itirib. ABŞ, Kuba, Yaponiya və Meksikaya bir sıra rəsmi səfər edib. 1963-cü ildə Leonid İliç Brejnevi hakimiyyətə gətirən zərbənin öhdəsindən gəlməyə razı olub. 1963-cü  ildə ABŞ Prezidenti Kennedinin dəfn mərasimində Sovet İttifaqını təmsil edib.
Brejnevin rəhbərliyində yenidən yer alan Mikoyan 1964-1965-ci illər arasında Ali Sovetin Rəyasət Heyətinin sədri kimi fəaliyyət göstərib və oradan təqaüdə ayrılıb. Ona 1970-ci ildə xatirələrini yazmağa icazə verilib. Sovet iqtisadiyyatı və partiya tarixi ilə bağlı bir çox əsər yazıb. 5 dəfə Lenin ordeni, oktyabr inqilabı ordeni, qırmızı bayraq ordeni ilə mükafatlandırılıb.
Göründüyü kimi, keçmiş SSRİ-nin bütün mərhələlərində iştirak etmiş, Lenindən tutmuş Brejneve qədər mühüm vəzifələrdə çalışmış bu şəxsin həqiqətənmi fəaliyyəti, erməni tarixçi və tədqiqatçıların dedikləri kimi "çox qaranlıq" olub?

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}