Şamaxı rayon Gənclər və İdman İdarəsi,Təhsil və SHXÇDX-nin rayon şöbələri ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.-FOTO

 Şamaxı rayon Gənclər və İdman İdarəsi,Təhsil və SHXÇDX-nin rayon şöbələri ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.
Şəffaflıq.az bildirir ki, Şamaxı rayon Gənclər və İdman İdarəsi,Təhsil və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.1.9-cu yarımbəndinin tələblərinin icrası çərçivəsində, 05 aprel 2019-cu il tarixində saat 10:00 - da yarışın açılış mərasimi və sıra hazırlığı mərhələsi Heydər Əliyev Parkında, digər mərhələlər isə şəhər 9 saylı tam orta məktəbin bazasında gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir. Keçirilən hərbi-idman oyununun rayon birinciliyində Əsasnamənin tələblərinə uyğun olaraq rayonun ümümtəhsil tam orta məktəblərinin VIII və X sinif şagirdlərinin 35 komandası üzrə 405 nəfər məktəbli gənclər iştirak etmişdir. Tədbiri Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən sonra yarışa start verildi. Yarış “Şahin” Respublika Hərbi-İdman oyununun Əsasnəməsinin I-ci mərhələsi (sıra hazırlığı) üzrə keçirildi. Yarışa hakimlik SHXÇDX-nin Şamaxı rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin məsul işçisi Sərxan Vəliyev edirdi.



 
Bütün komandalar ayrı-ayrılıqda iştirak etdikdən sonra sıra hazırlığı mərhələsinin yekun xalları hakimlər heyyəti tərəfindən hesablandı və qaliblər müəyyən olundu. Belə ki,





 

I-yer Mədrəsə qəsəbə tam orta məktəbin komandası
II-yer Məlhəm kənd tam orta məktəbin komandası
III-yer Qaravəlli kənd tam orta məktəbin komandası
Qalib gələn komandalar Şamaxı rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin müvafiq diplomları ilə təltif olundular. Rayon birinciliyində I yeri tutmuş komanda 17 aprel 2019-cu il tarixində Göyçay şəhərində keçiriləcək "Şahin" hərbi-idman oyununun zona mərhələsində iştirak etmək hüququ qazanmışdır.











 
   
 Dəyanət İsmayılov 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}