Əsas Səhifə > Müsahibə > Davud Tarverdiyev: "Tarix təkcə illərin fərqliliyi ilə yenidən təkrarlanmır".-FOTO

Davud Tarverdiyev: "Tarix təkcə illərin fərqliliyi ilə yenidən təkrarlanmır".-FOTO


29-06-2019, 13:58
 İnsan həyatda yaşadıqca bir çox sıxıntılarla rastlaşır, sıxıntılarını bölüşdükcə isə rahatlaşır.
Həyatda bəzən problemlər, problemi yaşadan insanlar, ümidsizlik, ümidsizliyi insana bəxş edənlər, dərdlər və dərdlərlə adamı üz-üzə buraxan insanla və ya insanlarla qarşılaşırsan. Ölümdən başqa hər bir şeyə çarə, əlac var deyirlər. Amma bu da bir mənalıdır ki, hamımız başqa məqsədlərimizlə yanaşı ölmək üçün bu dünyada yaşayırıq.
Bu sözləri Şəffaflıq.az-a müsahibimiz  Davud Tarverdiyev söyləyib. O, qeyd edib ki, mübariz olaraq mübarizə aparmaq asan iş deyil. Çünki, insanlar fərqlidir, elə sevgilər kimi. Var, valideyn-övlad sevgisi, var dost-tanış sevgisi, və nəhayət vardır ki, iki şəxsin bir-birinə qarşı ciddi sevgi-məhəbbət hissi. Qeyd etdiyim bu fərqli sevgilərin isə hər birinin öz yeri var. Mənim üçün valideyn-övlad, dost-tanış sevgisi hərşeydən önəmlidir. İki insanın bir-birinə olan sevgi-məhəbbət hissinə gəldikdə isə bu hiss əvəzedilməzdir. Bir xanımı zamanla yaddan çıxarmaq mümkündür amma ürəkdən çıxarmamaq mümkünsüzdür. Tarix təkcə illərin fərqliliyi ilə yenidən təkrarlanmır. Tarixin təkrarlanması həyatının fərqliliyi ilə də baş tutur. Sevgi də insan fərqləri kimi tarixin təkrarlanması ilə fərqli olur. İnsan illəri yada salıb ağrılar hiss edir, qolları ilə özünü sarıb sevgi ilə rəqs edir. Həyatda sevgin alınmadıqda yorulursan. Biri var sevgilim, biri var sevdiyim. İllər keçdikcə sevgi alınmadıq da insan əldən düşür. Sevdiyin biri səndən uzaqlaşanda sən də xəyallara yaxınlaşırsan. İstəyin alınmadıqda zaman keçdikcə istər-istəməz başqa birinə aşiq olursan. Və artıq bu sənin həqiqi sevgindir. Mənim fikrimdə alınsa da belə, alınmasa da üçüncü dəfə kimisə sevdiyində artıq bu sevgi deyil sadecə artıq sevgidir. Paylaşımlarımın birində qeyd etmişdim ki: "Dediyimi edən biriyəm çalışın deməyim, çalışın deməyə məcbur etməyin!" İndi isə özümə söz verərək demişəm ki, bu dəfə də sevgimdə alınmasa daha üçüncü dəfə sevməyəcəm! Həyat insanı dəyişir və mən də bu həyatda yaşayan insanlardan biriyəm mənimdə yaşamaq kimi həyatımı dəyişməyə haqqım var.
Geri qayıt