Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın tarixi şəxsiyyətləri

Azərbaycanın tarixi şəxsiyyətləri


17-05-2020, 13:41

 

Deyirlər ki, qızılgülün lap təzə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızılgül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudahafizləşib gedir. Bunu görən ev darğası deyir: " Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var". Natəvan cavabında deyir: "Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir".

(Xalq rəssamı Oqtay Sadıqzadənin "Xurşidbanu Natəvan" əsəri)

Şəffaflıq.az

Geri qayıt