Əsas Səhifə > Mədəniyyət > Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu

Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu


30-04-2020, 10:22
 “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələnin Milli Məclisdə müzakirə olunacağı vaxt açıqlanıb.
“Report”un xəbərinə görə, məsələ parlamentin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Sheffafliq.az
Geri qayıt