Murad Dadaşov Xəzər TV-yə direktor təyin edilib

 Əldə etdiyi məlumata görə, yeni direktor Xalq artisti Murad Dadaşovdur.
Şəffaflıq.az xəbər verir ki, Xəzər TV-nin bundan əvvəlki rəhbəri Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli olub.
Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, 1985-1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur.
Tanınmış teleaparıcı, prodüser, aktyor olan Murad Dadaşov “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, “M Group Production” şirkətinin prezidenti, “20-ci əsrin çempionları” titulunun sahiblərindən biridir. O, 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2018-ci ildə isə Xalq artisti adına layiq görülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}