Şamaxıdan çox istedadlı və bacaracaqlı bir yeniyetmə Aytən Ədilovanı tanıyaq.

  Çox istedadlı və bacaracaqlı bir yeniyetmə.
Şəffaflıq.az bildirir ki Aytən İlkin qızı Ədillini şəhər M.Hadi adına  9 saylı tam orta məktəbin 6 sinif şagirdidir.İstedadlı  Aytən İlkin qızı Ədilovanı yaxından  tanıyaq. Şamaxı rayonunda keçirilən istər rayonun və istərsədə məktəbdaxili tədbirlərdə və vətəbpərvər tədbirlərində də  fəal iştirak edərək mükafata layiq yerlər qazanmışdır. İstedadlı Aytən həm də M.Ə. Sabir yaradıcılığına həsr olunmuş Beşinci Bədii Qiraət  Müsabiqəsinin qalibi, “Fövqaladə hallar uşaqların gözü ilə” VII respublika uşaq yaradıcılıq müsabiqəsində “Yumşaq oyuncaq” nominasiyası üzrə  II yerin qalibi  olmuşdur.Dəfələrlə incəsənət xadimləri ilə görüşmüş və onlarda onun istedadına qiymət vermişlər.Bu il Şamaxıda  keçirilən I Üzüm və Şərab festivalının ikinci günündə maarifləndirici və əyləncəli  tədbirlərdədə iştirak etmiş şeir parçaları söyləyərək qonaqlar tərəfindən bəyənilmişdir.İstedadlı Aytəni bu yaxınlarda Azərbaycanın xalq artisti Məleykə xanım Əsəsdova “Teatr Mövsümünün açılışı” ilə əlaqədar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət etmişdir. Onu da qeyd edək ki, bundan qabağda Məleykə xanım  öz tamaşalarına Aytəni dəvət etmişdir. Gözəl şeir demə qabiliyyəti tələffüzü var və ən əsası da əlaçıdır. Aytən öz istedadı ilə seçilir və biz onunla fəxr edirik.

Qeyd etmək istəyirik ki, Aytən balamız, bu gün yenədə dəvət alıb Məleykə xanım tərəfinfən onun yaradıcılıq gecəsində Aytən balamızda iştirak edəcək.

Şəffaflıq.az
Şamaxı.
Dəyanət İsmayılov






  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}