Arif Məlikov dəfn olundu.

Xəbər verdiyimiz kimi, Xalq artisti, bəstəkar Arif Məlikov dünyasını dəyişib.
 Mərhum I Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil naziri Ceyhun Bayramov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və başqaları iştirak edib.
Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında vəfat edib.
Şəffaflıq.az Axşam.az-a istinadən xəbər verir ki, hazırda Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilir.
Mərasimə mərhumun yaxınları, iş adamları və incəsənət nümayəndələri qatılıb. Məlikovun xanımı da onunla vidalaşmağa gələnlər arasında olub.
Xatırladaq ki, Arif Məlikov 30 ildən artıq Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasına rəhbərlik edib, Bəstəkarlar İttifaqının idarə heyətinin üzvü olub. O, 86 yaşında vəfat edib.
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}