Şamaxı İncəsənət Təhsili Mərkəzində Bakı Uşaq Teatrının hazırladığı və insan alverinə həsr edilən “Günahsız günahkarlar” tamaşası nümayiş olunub.-FOTO

   Şamaxı İncəsənət Təhsili Mərkəzinin akt zalında 18 aprel 2019-cu il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə Bakı Uşaq Teatrının hazırladığı və insan alverinə həsr edilən “Günahsız günahkarlar” tamaşası nümayiş olub.
 Şəffaflıq.az xəbər  verir ki,Tamaşada rayonun müxtəlif idarə və müəssisələrində çalışan gənclər, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. 




   
Tamaşanın nümayişindən əvvəl Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanan tamaşanın əsas məqsədinin gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işini gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdən ibarət olduğunu diqqətə çatdırıblar.
 
 Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan tamaşaçılara insan alverinin törətdiyi fəsadlar barədə məlumat verib, gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam həyat və düşüncə tərzi seçmələri üçün valideynlərə daha məsuliyyətli olmalarını tövsiyə edib.
Real həyatda baş verən hadisələr əsasında hazırlanan tamaşa gənclər arasında məşhur olan “mafiya oyunu” üzərində qurulub. Gənclər yığışıb “mafiya” oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər.

Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseyinli, bəstəkarı Mahir İbrahimdir.

 


























   


















































 





 

Vahid İsmaylıov
Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş