Əsas Səhifə > Maraqlı > İranda şeytana sitayiş edən 135 NƏFƏR SAXLANILDI

İranda şeytana sitayiş edən 135 NƏFƏR SAXLANILDI


12-12-2019, 23:30

 

İranın paytaxtı Tehrandan şimal-şərqdə yerləşən Dəmavənd şəhristanında şeytana sitayiş etməkdə şübhəli bilinən 135 nəfər saxlanılıb.

Bu haqda Dəmavəndin Baş prokuroru İbrahim Bəsabi bildirib. Onun sözlərinə görə, saxlanılanların üzərində satanistlərə məxsus simvollar olub.

Qadınlardan və kişilərdən ibarət qrupun 7 üzvü həbs edilib, qalanları isə şərti azadlığa buraxılıb.

Şəffaflıq.az
Geri qayıt