Əsas Səhifə > Maraqlı > 1 milyonluq qızıl unitaz OĞURLANDI

1 milyonluq qızıl unitaz OĞURLANDI


14-09-2019, 20:14

  


Böyük Britaniyada Uinston Çörçilin doğulduğu Blenhaym sarayından qiyməti bir milyon funt-sterlinq olan qızıl unitaz oğurlanıb.

Şəffaflıq.az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polis idarəsi yayıb.

Polisin məlumatına görə, oğurluqla bağlı şübhəli şəxs qismində 68 yaşlı bir kişi saxlanılıb.

Polis ehtimal edir ki, cinayətkar qrup oğurluğu törətmək üçün iki avtomobildən istifadə ediblər.



Geri qayıt