“WhatsApp”da yeni funksiya yaradıldı

 

“WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

“Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}