Televizora yaxından baxmaq kor etmir — Səhv bildiyimiz 5 məlumat
Şəffaflıq.az lent.az-a istinadən beyinlərə həkk olunan bir neçə düşüncənin əslində necə olduğunu təqdim edir. 1. Kola dişləri məhv edir. Əslində: Dişin çürüməsinə kolanın tərkibində olan fosfor və karbon elementlər səbəb olur. Bu maddələr digər limonadlarda da mövcuddur. 2. Saqqızı udsanız 7 il mədənizdə qalacaq. Əslində: Yapışqanlığına görə mədə suyunun təsiri ilə həll olunmasa da, saqqız təbii yollarla orqanizmdən xaric olunur. 3. Televizora yaxından baxmaq gözləri kor edir. Əslində: Bunun üçün hər hansı sübut və səbəb yoxdur. Ancaq televizora uzun müddət yaxından baxmaq gözləri yorur. 4. Antibiotiklər virusları öldürür. Əslində: Antibiotiklər bildiklərimizin tam əksinə, bakteriyaları yox etməyə, yaxud onların çoxalmasının qarşısını almağa kömək edir. 5. Yarasalar kordur. Əslində: Yarasalar yerləri təsbit etmək üçün səslərinin əks-sədası ilə hərəkət edirlər. Ancaq gecələr müəyyən işıqlar olsa da, yuvalarından çıxırlar.
Facebook-da paylaş