Gündə 10 min addım atmaq orqanizmə necə təsir edir...

 

Arıqlamaq istəyənlərdə belə fikir formalaşıb ki, gündə çoxlu piyada gəzmək onları məqsədinə çatdıra bilər.


Mütəxəssislər piyada gəzməyin faydasını inkat etmir. Amma konkret arıqlamaq üçün təkcə piyada gəzmək yetərli deyil.

Şəffaflıq.az xəbər verir ki, gün ərzində minlərlə addım atmağın faydası haqda ilk dəfə ötən əsrin 60-cı illərində Yaponiyada danışmağa başlayıblar. Orada proses  “manpo-key” adlanmağa başlayıb ki, bunun da tərcüməsi 10 min addım anlamına gəlir.

Mütəxəssislər bir az fərqli mövqe ortaya qoyur. Konkret 10 min addım atmaq sağlamlıq ifadə etmir. Əslində, hər bir insan gün ərzində 3-4 min addımdan az gəzməməlidir. Bədənin funksionallığının qaydasında olması üçün isə say 12 mindən aşağı düşməməlidir.

Ümumiyyətlə, əvvəldə də qeyd etdiyimiz kimi, təkcə addımlamaqla iş bitmir. Düzgün qidalanma və fiziki fəallıq çox vacibdir. Hər gün müəyyən çərçivədə idman orqanizm üçün böyük fayda deməkdir. Piyada gəzmək də öz yerində.
шаблоны для dle 11.2


Facebook-da paylaş