Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək

 

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprel döyüşləri ilə bağlı ifadə verəcək.

Şəffaflıq.az modern.az-a istinadən xəbər verir ki, bu barədə parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Koçaryan bildirib.
Sarkisyanın aprel döyüşlərinin səbəb və nəticələrini araşdıran komissiya qarşısına çıxacağı gözlənilir.

“Öncə bütün veriləcək sualların siyahısını hazırlamalıyıq. Yalnız bundan sonra həmin sualları Sarkisyana təqdim edəcəyik”.

Ermənistanda aprel döyüşləri ilə bağlı komissiya bu ilin iyununda yaranıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}