Qazaxda toy karvanında silahdan atəş açan şəxsin FOTOSU YAYILDI

 

Daxili İşlər Nazirliyi Qazax rayonunda keçirilən toy mərasimi zamanı havaya odlu silahdan atəş açan Ağstafa rayon sakini 1994-cü il təvəllüdlü Orxan Əlizadənin fotosunu yayıb.

Şəffaflıq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Qərb Regional Mərkəzinin Baş insepktoru Eşqin Qasımovun Baku.ws-ə verdiyi məlumata görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində adıçəkilən şəxs saxlanılıb.

Hüquq mühafizə orqanı əməkdaşları O.Əlizadədən hadisə zamanı istifadə etdiyi ov tüfəngi götürülüb:

"Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb. Onu deyə bilərəm ki, O.Əlizadənin hərəkətinə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, Qazax rayon sakini insident Vələd Yusifovun toy mərasimində qeydə alınıb.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}