Cəmi 3 gün fast-food yemək yaddaş və beyni zəiflədir - ALİMLƏR

   
                                   
                   #MARAQLI                                          #SAĞLAMLIQ                                                                                         

6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir.Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb.Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir. 

Şəffaflıq.az medicina.az-a istinadən bildirir ki, bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb. Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar.Eksperiment 6 həftə davam edib.Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib. 1-ci qrupa daxil siçanlar olduqları yerdə oriyentasiyanı çətin tapırdılar, şəkər və yağlı qidaların qəbulu davam etdikcə vəziyyətləri lap pisləşirdi. Zərərli qidalar və fast-foodla qidalanmanın ilk zərərli təsiri artıq 3 gün qidalanmadan sonra özünü göstərməyə başlamışdı. Kifayət qədər az müddətdir. Davam etdikcə və vaxt getdikcə daha da pis olur. Alimlər qeyd edir ki, yeniyetmə və gənclərin fast-foodla qidalanması onlarda axtarış, predmetləri yadda saxlamaq qabiliyyətini aşağı salır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}