Pul ilk dəfə harda necə yaranıb?-FOTO

 Pul insan cəmiyyətinin yaranması ilə bir vaxtda meydana gəlməyib. Milyon ildən artıq tarixi olan bəşər cəmiyyətində pul təxminən 6-8 min ildir ki, fəaliyyətə başlayıb. Bunu da xatırlamaq lazımdır ki, pulu da, məhsulların çevrilib əmtəə olmasını da heç kim ixtira etməyib.
    İbtidai icma quruluşunun son mərhələlərində, onun tədricən dağıldığı dövrdə ayrı-ayrı icmalar, tayfalar arasında məhsulun məhsula dəyişdirilməsi, yəni mübadilə edilməsi baş vermişdir. Bu o zaman mümkün olmuşdur ki, ayrı-ayrı icmalar öz tələbatından artıq qalan qida məhsullarını başqa icmalarda olan digər məhsullarla dəyişdirmək yolu ilə mübadiləyə daxil olmuşlar. Bu, icmalar, tayfalararasında təsadüfi hallarda, bəsit formalarda mübadilə münasibətləri idi. Məsələn, bir icmada hasil edilən ov əti o icma üzvlərinin tələbatında artıq qaldıqda, onlar bunu qəbilələrdə artıq olan meyvə və s. ərzaq malları ilə mübadilə edə bilmişlər. Əlbəttə, eyni əmək məhsulunu, məsələn, balığı-balığa dəyişdirmək mənasızdır. Mübadilə isə bir cür faydalı məhsulu başqa bir faydalı əmək məhsuluna müəyyən miqdar nisbətində dəyişdirilməsi deməkdir.
    İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlmişdir. Məhz buna görə də hesab edirlər ki, latın sözü olan "pekuniya"-pul "pekus"-mal-qara sözündən yaranmışdır. Bu zaman pul kimi, əvvəlcə mis, tunc, qurğuşun və s. daha sonralar isə gümüş xüsusən də qızıldan istifadə edilməyə başlanıldı.
   Pul vasitəsi kimi kauri balığqulaqları məhşur idi. Çində onlardan pul vasitəsi kimi 3500 il bundan əvvəl istifadə edirdilər. Sonralar ilk Çin pulları həmin balığqulağı formasında hazırlanırdı. Kauri balıqqulaqları IX-XVIII əsrlərdə Hindistanda, XVII əsrdə Taylanda, XIX əsrdə isə Afrikada pul kimi istifadə olunurdu. Asiyanın bəzi ölkələrində isə hətta XX əsrin əvvəllərinə kimi ondan   istifadə olunurdu.
   Zaman keçdikcə pulun təkamülü nəticəsində bunları sikkələr əvəz etməyə başlamışdır. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu.İlk sikkələr demək olar ki,e.ə.VII əsrdə qədim Çində və qədim Lidiya dövlətində meydana gəlmişdir. Kiyev rusiyasında ilk sikkənin buraxılması IX-X əsrlərə gedib çıxır.
    Kağız pullar qızıl sikkənin əvəzedicisi kimi ilk dəfə XII əsrdə  Çində yaranıb. Çin höküməti ağır dəmir pullar buraxdırdı. XI əsrdən hökümət tacirlərə qəbz verməyi qadağan etdi və özü sikkələri əvəz edən qəbzlər hazırladı.
Kağız pullar– tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. İlk dəfə kağız pullar Çində XII  əsrdə, Rusiyada isə 1769-cu ildə meydana gəlmişdir. Qızıl sikkə ilə müqayisədə bu kimi əmtəə istehsalçılarına müəyyən üstünlüklər (məsələn, saxlamaq asandır, xırda partiyalı hesablaşmalarda əlverişlidir) yaratmışdır. Kağız pullar buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə kağız pullar qızıl pullarla yanaşı buraxılırdı və onlar tədavülə yeritmək üçün qızl sikkələrə dəyişdirilidi. Azərbaycanda rəsmi pul vahidi manatdır. Hazırda dünyanın bir çox ölkələrində işlədilən “moneta” milli pul vahidinin  adı o dillərə Şərqdən keçmişdir. Bu ad e.ə. Bisitun qayalarında mixi  yazılarında “manat”, “monnat” kimi həkk olunmuşdur. Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}