3400 illik mumiya ilk dəfə insanların gözü qarşısında açıldı - FOTOLAR

 

Misirdə restavrasiya məqsədi ilə 2 mumiyaya aid 3 min 400 illik qəbir açılıb və arxeoloqlar tərəfindən müayinə edilib.

Şəffaflıq.az musavat.com-a istinadən xəbər verir ki, Nil çayının qərb sahillərində yaşamış misirlilərin mumiyaları Qəhirədə yerləşən Milli Misir Mədəniyyət Muzeyinin bərpa laborotoriyasına aparılıb.

Mumiyaların açılması prosesi medianın qarşısında həyata keçirilib.

Misirin Antik Əsərlər Nazirliyinin rəhbəri Xalid əl-Ənani də prosesi müşahidə məqsədilə müayinədə iştirak edib.

Mumiyalar qorunub saxlanması üçün xüsusi prosesdən keçdikdən sonra muzeydə sərgilənəcəyi, sonra isə yenidən qəbirlərinə geri qaytarılacağı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}