Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR

 

Yunanıstanın Halkidiki adasında avtonom bölgə olan Aynoroz dünyada bənzəri olmayan bir özəlliyə sahibdir. Adaya qadınların girməsi qadağındır. Həm də bu qadağa 100 ildən çoxdur ki, tətbiq olunur. 

Qadınların girişi qadağan edilən Aynoroz ilə sizi yaxından tanış edirik. 
Yunanıstanın cənubunda yerləşən Aynoroz 390 km-lik bir ərazini əhatə edir. Aynoroz həm də Yunanıstana bağlı olmayan muxtar bir dövlətdir.
Aynoroz 10-cu əsrdə dini bir cəmiyyət olaraq yaranıb və Bizans, Osmanlı, Yunan dövlətlərinin hakimiyyəti dövründə müstəqilliyini qoruyub saxlaya bilib. 

Adada 2000 nəfər yaşayır. Əhalinin hamısı da kişilərdən ibarətdir. Bölgədəki 20 monastrı təmsil edən 20 nəfərlik bir heyət adaya rəhbərlik edir. Adaya quru yolu ilə getmək mümkün deyil. Yalnız gəmi ilə yaxınlaşmaq mümkündür.
Qadınların girməsinin qadağan olunduyu adaya kişilər də hər istədiyi zaman girə bilməz. Gün ərzində yalnız 100 kişi turistə ziyarət üçün icazə verilir. Ayrıca olaraq adanı ziyarət etmək üçün Salonikidən icazə kağızı və xüsusi pin kod alınmalıdır.
  


Adaya giriş şərtləri arasında daha bir tələb yunan olmayan vətəndaşların da vətənlərinin konsulluğundan bir tövsiyə kağızı və Yunan Xarici Bürosundan icazə almalarıdır.
Turist olaraq belə, girişin çox çətin olduğu bu adanın müqəddəs olmasının səbəbi isə çox maraqlıdır. 
İsa Məsihin anası Məryəm keçirdiyi ağır bir dəniz səfərində sözügedən bölgəyə bir müddət dincəlmək üçün gəlib. Məryəm ana buranı bəyəndiyi üçün adanı “Bakirə Məryəmin bağçası” olaraq adlandırmağa başlayıblar.
Buna görə də keşişlər buraya qadınların girişini qadağan edib. Onlar bu yolla adada sakitçiliyi təmin etdiklərini və Məryəm anaya sədaqəti nümayiş etdirirlər.
Musavat.com






Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}