Peyğəmbərlərin, imamların adlarından sonra mötərizədə yazılan bəzi hərflərin mənası nədir?

 Peyğəmbərlərin, imamların adlarını yazandan sonra mötərizədə bəzi hərflər yazırlar. Məsələn: ə, əs, s, sas, səav və s. Bu hərflərin mənası nədir?
Bunlar həmin müqəddsələrə hörmət əlaməti olaraq deyilən ifadələrin qısaldılmış variantıdır. Bu adları deyəndə və eşidəndə həmin ehtiram ifadələrini söyləmək lazımdır. İmamların adından sonra "əleyhis-salam" (ə) və ya "səlamüllahi əleyh" (sə) ifadələri deyilir ki, mənası "ona salam olsun" və "ona Allahın salamı olsun" deməkdir. Peyğəmbərin adından sonra "salavatullah" (ona Allahın salavatı olsun; s), "səlləllahü əleyhi vəsəlləm" (ona Allahın salavatı və salamı olsun; səs, sas) və ya "səlləllahü əleyhi və alihi vəsəlləm" (ona və nəslinə Allahın salavatı və salamı olsun; səav) ifadələri işlədilir. Müxtəlif ədəbiyyatlarda bu ifadələr fərqli variantda verilir.

Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş