Əsas Səhifə > Manşet > Dövlət Əmək Müfəttişliyi Xidməti Şamaxı Astrofizika Rəsədxanasına cərimə yazıb

Dövlət Əmək Müfəttişliyi Xidməti Şamaxı Astrofizika Rəsədxanasına cərimə yazıb


23-07-2020, 21:58

 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası barəsində inzibati protokol yazıb.

Şəffaflıq.az “Report”-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) maddəsi ilə tərtib olunan protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilib.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.

P.S. Bildiririk ki, Şamaxı Astrofizika Rəsədxanasının direktorunun Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati qaydada cərimələnməsi əməkdaşımız Yanoş Məhərrəmovun şikayəti ilə bağlıdır.

Geri qayıt