Azərbaycanın qeyrətli oğulları Qarabağı azad etməyə hər zaman hazırdır


 
Şəffaflıq qəzeti redaksiyasının əməkdaşları - baş redaktor Vahid İsmayılov, baş redaktorun birinci müavini Alxas Məmmədov, müxbir Eyvaz Niftalıyev və operator Məhərrəm Səmədov Azərbaycan Milli Ordusuna dəstək məqsədilə 13.07.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinə rəsmi müraciət edərək Qarabağın azad edilməsi uğrunda könüllü olaraq döyüşə getməyə hazır olduqlarını bildirmişlər. 

Son vaxtlar Şamaxı rayonunda belə ilk addım məhz Şəffaflıq qəzetinin əməkdaşları tərəfindən atılmışdır.  

18.07.2020-ci il tarixində isə adlarıçəkilən şəxslər Şamaxı rayonunun bir neçə Qarabağ qazisi ilə birlikdə Tovuz rayonuna gedərək son günlər cəbhənin bu bölgəsində erməni təxribatına qarşı döyüşə hazır olduqlarını da nümayiş etdirmişlər. Onların bu hərəkəti Tovuz rayon camaatı və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Vahid İsmayılov bildirmişdir ki, ölkə prezidenti Cənab İlham Əliyevin komandanlığı altında düşmənə hər zaman layiqli cavab verməyə hazırdırlar. 

Təəssüf hissi ilə o da tövsiyyə edilir ki, bəzi saytlar o cümlədən bəzi şəxslər belə bir ülvi hissi - yüksək vətənpərvərlik hissini şouya, kompaniyaya çevirməsinlər.
 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}