20 Yanvar – Ümumxalq Hüzn Günü Şamaxıda da qeyd edilib.-FOTOLAR













 


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb, ölkəmizdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi qərara alınıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri və xüsusi təyinatlılar tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Faciə zamanı 147 Azərbaycan vətəndaşı şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb.
Bu qanlı hadisənin törədilməsində əsas məqsəd azadlıq, suverenlik uğrunda mübarizə aparan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını əzmək idi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi. Ancaq qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar”.

Ümummilli Liderimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən qanlı cinayətə ilk dəfə etirazını bildirib, bəyanatla çıxış edərək faciəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılmasına baxmayaraq, Ulu Öndərimizin bu cəsarətli addımı, qətiyyətli mövqeyi Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzmini daha da artırıb.
20 Yanvar – Ümumxalq Hüzn Günü Şamaxıda da  qeyd olunub, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Şəffaflıq.az xəbər verir ki, yanvarın 20-də Şamaxı rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Şamaxı şəhərindəki Şəhidlər Xiyabanına gəlib.
Əvvəlcə Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhid olmuş və itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş, Şəhidlər xiyabanının, abidə kompleksinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.Anım mərasimində Şamaxı rayon  İcra Hakimiyyətinin başçısı Təhir Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə-təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Anıma mərasiminə  Saat 12:00-da başlanıb
Mərasim iştirakçıları şəhid məzarlarını da ziyarət ediblər.

Rayon İcra Başçısı Tahir Məmmədov şəhid ailələri ilə görüşüb, onların  problemləri ilə maraqlanıb.







Bugünkü müstəqil, qüdrətli Azərbaycan şəhidlərimizin ruhuna ehtiramın ən yüksək ifadəsidir. 20 Yanvar isə qəhrəmanlıq tariximizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “20 yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda da qeyd olunduğu kimi: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Vahid İsmayılov
Şamaxı:
Şəffaflıq.az








Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}