Şamaxının yeni başçısı kimdir? - TƏRCÜMEYİ-HAL

 

Əldə etdiyimiz məlumatlara görə Prezident İlham Əliyevin Şamaxı rayonuna icra başçısı təyin etdiyi Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.
T. Məmmədov mediada da tanınmış simadır. Belə ki, yeni başçı İctimai Televiziyada departament direktoru olub və "Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib.
T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında "İnformasiya cəmiyyətinin inkişafı" daimi işçi qrupunun üzvü və Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir.

P.S. Bizcə Şamaxı rayonunun yeni icra başçısı əvvəlkindən fərqli olaraq rayonda təmənnasız xidmət göstərən "Şəffaflıq" ictimai-siyasi hüquq qəzetini poçt vasitəsilə qəbul etməz. Güman edirəm ki, yeni başçının mətbuata hörməti var.

"Şəffaflıq" İctimai-Siyasi Hüquq qəzetinin təsisçisi və baş redaktoru Vahid İsmayılov  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}