Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.-FOTO

 Avqustun 9-da qazlaşdırma işləri başa çatdırılan Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib.
Şəffaflıq.az bildirilib ki, bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və İctimai Birliyin nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.
Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 faizə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə iki kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.


 шаблоны для dle 11.2


Facebook-da paylaş