“Azərbaycanlılar gözəl qızları dərhal “gözaltı” edirlər” – Ali Radanın komitə sədri

 
"Ukraynada gözəl qızlar çoxdur, azərbaycanlılar da istiqanlı Şərq milləti kimi gözəl qızları dərhal "gözaltı” edirlər. Biz ukraynalılar belə şeylərə çox müsbət baxırıq”.
Hurriyyet.org xəbər verir ki, bunu report-a müsahibəsində Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı bildirib.
Komitə sədri deyib ki, Bakıya gələndə təyyarədə çoxlu ukraynalı gənclər, oğlan və qızlar vardı: "Yəni aradakı münasibətlərin bu qədər səmərəli inkişafını yalnız alqışlamaq olar”.
A. Palatnı ölkələrimiz oxşar problemlərlə üzləşdiyini vurğulayıb: "Sizdə Dağlıq Qarabağ, bizdə Donbas məsələsi var. Bu gün gənclərimiz arasında əlaqələrin günü-gündən genişləndiyini nəzərə alsaq, yaxın gələcəkdə ukraynalı və azərbaycanlı gənclərin işğal altındakı əraziləri azad etmək, ölkələrinin suverenliyini bərpa etmək uğrunda birgə səylər göstərəcəyini istisna etmirəm. Mən həmçinin inanıram ki, yaxın illərdə Ukraynanın tarixi torpaqları azad olunacaq, işğalçı qüvvələrdən və qondarma LNR-in, DNR-in tör-töküntülərindən təmizlənəcək”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}