Bu gün Şamaxıda Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib.-Foto


22 iyul Milli mətbuat və Jurnalistika Günü münasibətilə Şamaxıda Azərbaycan Milli Mətbuatının yaranmasının 144 illiyinə həsr olunmuş tədbir keçirildi.
Şəffaflıq.az bildirir ki,H.Əliyev mərkəzində baş tutan tədbirdə Şamaxıda eləcə də ətraf rayonlarda fəaliyyət göstərən müxtəlif media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə başçısının KİV göstərdiyi diqqət və qayğıdan söz açaraq, Azərbaycan mətbuatının yüksəliş mərhələsindən danışıb.
Tədbirin sonunda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə və Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov jurnalistləri qiymətli hədiyyələrlə təltif edib.
Biz də  "Şəffaflıq" qəzeti və sayitinin Baş redaktoru başda olmaqla bütün kollektivimiz  adından  göstərilən diqqətə görə Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədova təşəkkür edirik

 








 
 

Dəyanət İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}