Şəhid Anar Əlibaba oğlu Babaşovun anım mərasimi qeyd edildi.

 Anar Əlibaba oğlu Babaşov  15 dekabr 1972-ci ildə Şamaxı rayon Şəhriyar qəsəbəsində anadan olmuşdur. O,1992-ci ildə hərbi xidmətə yollanmış və bir sıra döyüşlərə iştirak etmişdir. O, 1992-ci il 29 oktyabrda Ağdam rayonu istiqamətində gedən qızğın döyüşlər zamanı şəhid olmuşdur. Azərbaycan silahlı qüvvələrinin əsgəri kimi o, birinci Qarabağ müharibəsinin şəhididir. Anar Babaşov, Azərbaycan Prezidentinin 9 mart 2007-ci il tarixli 2019 nömrəli fərmanı ilə ölümündən sonra "Hərbi xidmətə görə" medalı ilə təltif edilmişdir.

 



Şamaxı rayon Şəhriyar qəsəbəsində şəhidin adına tam orta məktəbdə anım mərasimi tədbiri keçrilmişdir. 
 Anım tədbirini giriş sözü ilə açıq elan edən məktəbin direktoru Rzayı Rəsul şəhid Anar Babaşovun Azərbaycan silahlı qüvvələrində keçdiyi şücayətli döyüş yolu və hərbi xidmətindən söhbət açaraq tədbirdə iştirak edən müəllim kollektivinə, şagirdlərə və o cümlədən qəsəbə sakinlərinə öz  təşəkkürünü bildirdi.
 
   

  Anım mərasimində iştirak edən məktəb şagirdləri üç rəngli Azərbaycan bayraqlarını dalğalandıraraq doğma vətən və onun uğrunda şəhid olan vətən oğulları haqqında şerlər söylədilər.


 
 


 
Anar Babaşov Samaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 Baş Redaktor,
  Vahid İsmayılov
 
   Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}