Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Şamaxı şəhərində keçirilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.-FOTO\VİDEO-YENİLƏNİB

 Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Şamaxı şəhərində keçirilən konsert proqramı böyük coşqu ilə qarşılanıb.

Şəffaflıq.az xəbər verir ki,Şamaxı şəhər Heydər Əliyev parkında təşkil olunan konsertdə tanınmış müğənnilərin və gənc istedadların ifasında xalq, bəstəkar və estrada mahnıları, müxtəlif rəqslər təqdim edilib.
 

 




 

Tədbirdə bildirilib ki, yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlıq, mərhəmət, humanistlik, milli-mənəvi dəyərlərə sadiqlik prioritet istiqamətlər kimi müəyyən edilib. On beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.
 
Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.
 Konsert proqramı Şamaxı sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.
   
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə bundan əvvəl Xaçmaz rayonunun qeyd olunub.
 Növbəti bayram tədbirləri  mayın 7-də isə Lənkəranda və Naxçıvanda keçiriləcək. Konsertlərdə muğam, folklor, aşıq, estrada və pop musiqi nümunələri, müxtəlif rəqslər təqdim ediləcək.


















 Vahid İsmayılov
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}