Türk qırıcıları İncirlik bazasından havaya qalxıb ingilis təyyarələrinin QARŞISINI KƏSDİ

 

  • Ötən günlərdə Aralıq dənizinin şərqində Barbaros Hayrettin seysmik gəmisinin yunanlar tərəfindən təqib edilməsindən sonra gəmi Türkiyənin hərbi gəmiləri tərəfindən müdafiə olunmuşdu. İngiltərə hərbi təyyarələrinin də Barbaros Hayrettin və hərbi gəmilərin yaxınından uçmasının ardından Türkiyənin F-16 təyyarələrinin onların qarşısını kəsdiyi ortaya çıxdı.

Türkiyənin Aralıq dənizinin şərqində təbii qaz ehtiyatları axtarışlarını aparan Barbaros Hayrettin seysmik gəmisi Yunanistan başda olmaqla bölgədəki bəzi qüvvələri narahat etməkdədir.

Ötən günlərdə “HS Nikiforos Focas” adlı yunan gəmisinə Barbaros seysmik araşdırma gəmisini təqib eləmək təlimatı verilmişdi. Buna cavab olaraq, Türkiyə bölgəyə hərbi gəmilərini, hücum qayıqlarını və 1 ədəd sulaltı gəmi göndərərək Barbarosu müdafiə eləmişdi.

F-16-ların ingilislərin qarşısını kəsməsi

Ərazidə gərginlik artdığı bir zamanda İngiltərə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr də Barbarosu müşaiət edən Türkiyə dəniz qüvvələrinin yaxınlığında uçmağa başlayıblar.

İncirlikdən havaya qalxdılar

İngiltərə təyyarələrinin bu həmləsinə dərhal qarşılıq verilib və İncirlik bazasından qalxan F-16-lar İngiltərə hərbi təyyarələrinin qarşısını kəsiblər.

Türkiyə təyyarələrinin gəlməsindən sonra ingilis hərbi təyyarələrinin ərazini tərk elədiyi bildirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}