Əsas Səhifə > Kriminal > Bakıda 133 min manatlıq dələduzluq edən şəxs tutuldu

Bakıda 133 min manatlıq dələduzluq edən şəxs tutuldu


29-07-2020, 15:19

 

Bakıda silah gəzdirdiyinə görə saxlanılan şəxsin digər cinayətləri də məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, silah gəzdirdiyinə görə tutulan E.Əliyevin ətrafında Səbail və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini C.Hüseynovla birgə 2016-cı ilin fevral ayından noyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri L.Həsənovanı aldaıb 119 500 manat, 2019-cu ilin iyul ayında isə E.Zeynalovu aldadıb 13 500 manat pullarını alması da müəyyən edilib.


Şəffaflıq.az
Geri qayıt