80-ə yaxın evdən oğurluq edən şəxslər saxlanılıblar

 

Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Şəffaflıq.az Musavat.com-a istinadən bildirir ki, DİN-dən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar. Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər. Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb. Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}