Moskvada biznesmeni qarət edən dəstə ələ keçdi: aralarında azərbaycanlı da var

 

Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib.

Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər.

Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar.  Hadisə oktyabrın 16-da baş verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyənləşib.

30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib. шаблоны для dle 11.2


Facebook-da paylaş