Qazaxıstanda hay-küylü cinayət işi YEKUNLAŞDI – Ən ağır cəza azərbaycanlıya verildi

 

Qazaxıstanın Karaqanda rayon cinayət məhkəməsi Yeni İl gecəsi “Qədim Roma” restoranında törədilən qətllə bağlı hökm çıxarıb.

Şəffaflıq.az modern.az-a istinadən xəbər verir ki, geniş rezonans doğuran cinayət işi ilə bağlı 13 nəfər məhkəmə qarşısına çıxıb.

Yeni İl gecəsi spitrli içki qəbul edən gənclər arasında mübahisə yaranmış, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.

Məhkəmənin hökmü ilə qətli törədən azərbaycanlı gənc Yusif Nurulu 19 il müddətinə azadlıqdan məhrum edilib. O qətlə yetirilən şəxsin ailəsinə də 3 milyon tenge kompensasiya ödəməlidir.

Xuliqanlıqda ittiham olunan digər şəxslərdən 4-ü 3 il, 6-sı 4 il cəza alıb. Daha 2 nəfər isə zərərçəkmiş tərəflərə barışaraq kompensasiya ödəyiblər. Davanın iştirakçılarından olan Ermənistan vətəndaşı Narek Qururyan isə Rusiyaya qaçaraq istintaqdan yayınıb. Onun Qazaxıstana ektradisiyası müzakirə olunur.

Xatırladaq ki, qətldən sonra Qazaxıstanda etnik zəmində gərginlik artmış, Karaqandada qafqazlılara məxsus restoranlara hücumlar olmuşdu

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}