Daxili İşlər Nazirliyinin idarə rəisi GÜLLƏLƏNDİ - FOTO

 

İnquşetiya Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı mübarizə mərkəzinin rəisi İbrahim Eldzarkiyev noyabrın 2-də Moskvanın qərbində güllələnib.
 
Şəffaflıq.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisənin Akademik Anoxin küçəsində baş verdiyi bildirilir.

Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Eldzarkiyevin öldürülməsi sifarişdir və rəsmi fəaliyyəti ilə əlaqədardır. Bu, istintaqın əsas versiyasıdır, baxmayaraq ki, digər səbəblər də nəzərə alınır.

Mənbə bildirib ki, İnquşetiya Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri respublikadakı dini ekstremist qrupları ilə konfliktdə idi və ona dəfələrlə hədə-qorxu gəlinmişdi.

Eldzarkiev Moskvaya şəxsi işləri ilə bağlı gəlibmiş.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, daha əvvəl 2019-cu ilin yanvarında Eldzarkiyevə sui-qəsd cəhdi edilmişdi. O zaman İbrahim Eldzarkiyev Çeçenistandan İnquşetiyaya qayıdanda maşını pulemyotlardan atəşə tutulmuşdu. Nəticədə onunla bir avtomobildə gedən üç polis ağır yaralanmış, özü isə xəsarət almamışdı..шаблоны для dle 11.2


Facebook-da paylaş